Tovuzda yeniyetmə xəstəxanada öldü - RTV

Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Rayon sakini 17 yaşlı oğlan ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri hələlik məlum deyil. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.