Türkiyədə azərbaycanlı qadın saxlanıldı: Qayınatasını döyərək öldürməkdə şübhəli bilinir - RTV

Türkiyənin Tokat vilayətində baş verən ailə daxili mübahisə ölümə səbəb olub. Hadisə Ortoqova rayonunda qeydə alınıb.

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı olan 52 yaşlı şəxs, öz 88 yaşlı qayınatası Mustafa Çiçək ilə naməlum səbəbdən mübahisə edib. Mübahisə qısa müddətdə davaya çevrilib və nəticədə Mustafa Çiçək dünyasını dəyişib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaşlı kişini xəstəxanaya çatdırsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı istintaq başladılıb, şübhəli qismində saxlanılan şəxs barəsində məhkəmə prosedurunun davam etdiyi bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.