Ucarda mağazadan oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, gecə saatlarında qara maska ilə mağazaya daxil olan adı çəkilən şəxslər oradan 1500 manatdan artıq pul ələ keçirərək öz aralarında bölüblər.
Bundan əlavə İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib.