Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Keçmişdə dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazandığı müəyyən edilib.
Elvin Məhərrəmov 18 nəfərə qarşı dələduzluqla məşğul olaraq onlardan müxtəlif məbləğlərdə maddi ziyana səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.