Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 1 avqust 2023-cü il tarixinə 10 nəqliyyat vasitəsini satışa çıxaracaq.
Satışa çıxarılan nəqliyyat vasitələri arasında Volkswagen markalı mini avtomobillər üstünlük təşkil edir.
2013-cü il istehsalı 2 ədəd Volkswagen Jetta 5850 manata, 3 ədəd Volkswagen Passat isə 6750 manata təklif edilir.
Qeyd edək ki, nəqliyyat vasitələri üçüncü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.