Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatky şəhərinin azərbaycanlı meri Hilal İsayev bıçaqlı hücuma məruz qalıb.
Hadisə dünən, saat 10:40 radələrində qeydə alınıb. Hücum edən şəxs merə yaxınlaşaraq ona bıçaqla xəsarət yetirib. Yaralanan İsayev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Cinayətdən sonra şübhəli şəxs hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onun yerini müəyyənləşdirməyə çalışır. Faktla bağlı "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb.
Yerli teleqram kanallarının məlumatına görə, hücum edən şəxs yerli fermerdir və hadisədən əvvəl Şəhər Şurasının yaxınlığında İsayevlə mübahisə edib.