Ülviyyə İlyasova həbs edildi - RTV

Kosmetoloq kimi fəaliyyət göstərən Ülviyyə İlyasova həbs edilib.

RTV-nin Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsi bu gün belə qərar çıxarıb. Məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb və İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz liposaksiya, inyeksiya prosedurları, bədən şəkilləndirmə cərrahi əməliyyatları, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsasən şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilib.