Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) IV kurs tələbəsi Adil Kərimov vəfat edib. Bu barədə UNEC məlumat yayıb.
Bildirilib ki, Rəqəmsal İqtisadiyyat fakültəsinin dördüncü kurs tələbəsi Adil Kərimovun vəfatı universitet kollektivini dərin kədərə boğub.
UNEC ailəsi olaraq tələbəmizə Allahdan rəhmət, ailəsinə, doğmalarına və onu sevən hər kəsə dərin hüzünlə başsağlığı veririk. Allah məkanını cənnət eləsin!