Uşağı özəl bağçaya gedənlərin nəzərinə - Qiymətlər dəyişə bilər - RTV

Yeni qəbul olunmuş qanunun özəl məktəbəqədər təhsil müəssisələrində qiymət artımına səbəb olub-olmayacağı bazar tərəfindən müəyyən ediləcək.

Bu barədə jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, özəl müəssisələr xidmət haqlarını artırdıqca, rəqabətdə qalmaq və daha çox uşağı cəlb etmək imkanları azalır.

Vəfa Yaqublu əlavə edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrinə növbəyə gözləyən uşaqların sayının azalmasına, digər tərəfdən isə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq.

Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.