Uşaq bağçasında təhlükə - Mərmiyəbənzər əşyalar tapıldı - RTV

Sumqayıt şəhərində yerləşən 57 nömrəli "Qönçə" körpələr evi uşaq bağçasında həyəcanlı anlar yaşanıb. Bağçanın yardımçı otaqlarından birinə baxış zamanı mərmiyəbənzər iki ədəd əşya aşkar edilib.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Ərazi nəzarətə götürülüb və təhlükəsizlik tədbirləri gücləndirilib. Müəssisədə zəruri təxliyə tədbirləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda vəziyyət tam nəzarət altındadır. İlkin ehtimallara əsasən, aşkar olunan əşyaların əvvəlki dövrlərə aid köhnə materiallar arasında qalması istisna edilmir. Faktla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.