Uşaqları təhqir edən tərbiyəçi işdən çıxarıldı - RTV

Gəncədə uşaqları təhqir edən bağça tərbiyəçisi işdən çıxarılıb.

Bu addım bağça rəhbərliyi tərəfindən atılıb. Həmçinin, polis də məsələ ilə bağlı müvafiq araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, bağçanın əməkdaşı Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılıb.