Usta mərmər sexində FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - RTV

Qaradağ rayonunda 57 yaşlı kişi faciəli şəkildə ölüb. Hadisə mayın 8-də rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən mərmər sexində baş verib.

Məlumatlara görə, sexdə qaldırıcı qurğuda olan mərmər məzardaşı qırılaraq orada usta işləyən Biləsuvar rayon sakini, 1969-cu il təvəllüdlü Azər Babayevin üzərinə düşüb.

Azər Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.