“Üstünə cumdular, qanın içində sürüyürdülər” - Xırdalandakı dəhşətli hadisənin TƏFƏRRÜATI - RTV

Abşeron rayonunun Xırdalan şəhərində dəhşətli hadisə baş verib. İlkin ehtimallara görə, 65 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb. Bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Yerli sakinlər hadisə ilə bağlı RTV-yə danışıblar. Onlar ərazidəki problemlərdən şikayətləniblər.

"Qardaş, bax bu zibillik vaxtı-vaxtında təmizlənmir. İtlər də bura ona görə yığılır. Yalan gündə, yalanlardadır bura. Bezmişik. Nə burdan evə getmək olmur, nə gəlmək olmur. Yolumuzu da bağlayıblar ordan. Bax bu obyekt yolumuzu bağlayıb,