Vəzifəli şəxs qəzada öldü - RTV

Masallı şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Masallı şəhərinin Dadva küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Vəli Hətəmzadə idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, 1947-ci il təvəllüdlü Qardaş Fətullayevin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Qardaş Fətullayev Masallıda özəl klinikaların birinə yerləşdirilib. Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, Qardaş Fətullayevin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı klinikada ölüb. Digər sürücü Vəli Hətəmzadənin müalicəsi xəstəxanada davam etdirilir.

Qeyd edək ki, Qardaş Fətullayev Masallı ziyalıları İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, rayon təhsil işçiləri Həmkarlar Komitəsinin şura üzvü idi.

Faktla bağlı araşdırma aparılır.