Videobloqer Günel Ağayeva məhkəmə qarşısında - RTV

Videobloqer Günel Ağayeva "böhtan və təhqir" maddəsi ilə məhkəməyə verilib.

Xüsusi ittihamçının nümayəndəsi Akşin Məmmədov bildirib ki, proses Nəsimi rayon məhkəməsinə keçirilib.

Belə ki, Günel Ağayeva öz TikTok və Instagram sosial şəbəkə hesablarında xüsusi ittihamçını "dələduz və maşınik" adlandıraraq onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayıb.

Videobloqerə cinayət məcəlləsinin 147.1-ci və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Hazırda Nəsimi rayon məhkəməsində cinayət işinin istintaqı davam etdirilir.