Vüqar Behbudov: "2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır" - RTV

2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müvafiq müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında diqqətə çatdırıb.

Vüqar Behbudov bildirib ki, eyni zamanda bu il 220 uşağın sosial müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır. Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Həmçinin 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır.