Xaçmazda dəhşətli hadisə - 66 yaşlı qadın... - RTV

Bu gün Xaçmaz rayonunda dəhşətli hadisə qeydə alınıb. Rayonun Ağşirinov kəndi ərazisində bir kanalda 66 yaşlı qadın meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.