Bu ilin aprel ayında Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində baş verən insidentlə əlaqədar məktəbin direktoru Aliyə Əliyeva cəzalandırılıb.
RTV-nin məlumatına görə, Elm və Təhsil Nazirliyinin qərarına əsasən, direktor barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Xatırladaq ki, bu ilin aprelində Ağdam rayonu 91 saylı Səfərli kənd orta məktəbində xadimə Ülviyyə Abdullayeva və direktor Aliyə Əliyeva arasında insident baş vermişdi. Mübahisə zamanı xadimə Ülviyyə Abdullayeva direktorun stolunun üstündə olan suveniri qırıb.
Bu əməlinə görə Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ülviyyə Abdullayeva 60 manat məbləğində cərimə olunub. Hazırda tərəflər arasında məhkəmə prosesi davam edir.