Xanım sərnişinə əxlaqsız təklif edən sürücü həbs olundu - RTV

Saatlı rayonunda taksi sürücüsü Oqtay Məhərrəmov sərnişinə əxlaqsız təklif etdiyinə görə həbs olunub.

Hadisə Saatlı rayonu ərazisində baş verib. Saatlı rayon polis şöbəsinə müraciət edən şikayətçi evə getmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini bildirib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı Oqtay Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhərrəmov səkkiz sutka inzibati qaydada həbs edilib.