Xəstəxanada nasazlıq yarandı - GÖRÜNTÜLƏR ŞOK ETDİ - RTV

Bu gün səhər saatlarında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen xidmətinin fəaliyyətində müvəqqəti nasazlıq yaranıb.

Məlumatda qeyd olunur ki, bu texniki problem səbəbindən rentgen müayinəsinə gələn vətəndaşlar müəyyən müddət növbədə gözləməli olublar.

İnstitutdan verilən məlumata görə, texniki nasazlıq aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir.