Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələ 27 kilometr dərinlikdə baş verib. Üç maqnitudalı yeraltı təkan yerli vaxtla saat 09:50-də qeydə alınıb.