Bakıda iki nəfər Xəzər dənizində boğularaq həyatını itirib. Hadisələr Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən çimərlikdə qeydə alınıb.
Boğulan şəxslərdən biri 25 yaşlı Muradov Gülhüseyn Əlişən oğlu, digəri isə 43 yaşlı Quliyev Taleh Akif oğludur. Hər iki şəxs eyni gündə qeyd olunan çimərlikdə dənizə girərkən faciəvi şəkildə boğularaq ölüb.
Faktlarla bağlı araşdırma aparılır.