Xırdalanda itlər qadına hücum etdi - VƏZİYYƏTİ AĞIRDI - RTV

Abşeron rayonunda, Xırdalan şəhərində sahibsiz itlərin hücumu nəticəsində bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə News24.az məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Xırdalan şəhərinin Hənnanə Bünyadov küçəsində baş verib. Məlumatda qeyd olunur ki, bir neçə sahibsiz it qadına hücum edib.

Nəticədə xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir. RTV hadisə ilə bağlı xəbər yayıb.