Yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirildi - RTV

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə su basmalar müşahidə edilib. Bir çox yerlərdə yığılan sular artıq təmizlənsə də, bəzi ərazilərdə bu işlər davam etdirilir.

Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlər daxil olub. Müraciətlər əsasında Sabunçu, Xəzər və Binəqədi rayonlarında təxliyə işləri aparılıb. Hazırda sözügedən rayonların qəsəbələrində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir.

Bundan əlavə, təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq hotellərə yerləşdirilib.