Yasamal rayonu ərazisində yerləşən 286 nömrəli məktəbdə 9-cu sinif şagirdi tərəfindən xəsarət yetirilən məktəblinin vəziyyəti açıqlanıb. Bu barədə RTV-nin sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Aprelin 20-si yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, hadisə dünən yeniyetmələr arasında mübahisə zəminində baş verib. 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Zərərçəkən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.