Yasa gedərkən qəzaya düşdülər: Yaralılar var - RTV

Şəki istiqamətində yas mərasiminə gedən şəxslər Oğuz rayonu ərazisində qəzaya düşüb. RTV-nin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki sakini Amil Elxanoğlu Əmraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü Amil Elxanoğlu Əmraslanov və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.