Yay fəsli bu tarixdə daxil olacaq - RTV

RTV-nin məlumatına görə, yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24-də daxil olacaq. Bu zaman şimal yarımkürəsində astronomik yay fəsli, cənub yarımkürəsində isə qış fəsli başlayır.

Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə olur.

Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə təşkil edəcək. Yay fəslinin ümumi uzunluğu 93 gün 15 saat 40 dəqiqə olacaq.