Yeni çəkilən yol çökdü - Hadisə yerindən görüntülər - RTV

Abşeron rayonunun Masazır qəsəbəsində, Zəngilan şəhərciyində yeni çəkilmiş yol qısa müddət ərzində çöküb. RTV-nin hadisə yerindən verdiyi məlumata görə, çökmənin bir neçə gün əvvəl qeydə alınan yağışlarla əlaqədar olduğu bildirilir. Hazırda yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verib:

"Hadisə qeydə alınan kimi dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsiz təşkili təmin edilib. Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti qurum dərhal məlumatlandırılıb. Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır."

Hadisə yerində