"Yeni Klinika"nın direktor vəzifəsi Qalib İmanova həvalə olunub.
Məlumata görə, klinikaya rəhbərlik direktor müavini, Ürək Damar Mərkəzinin rəhbəri Qalib İmanova tapşırılıb.
Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov dünən vəzifəsindən azad edilib.
Hələlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vəzifəsindən azad olunan xəstəxana rəhbərləri və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib. Qurumdan yaxın vaxtlarda ətraflı məlumat veriləcəyi bildirilib.