Yevlaxda kişi güllə yarasından öldü - RTV

Yevlax rayonunda ölüm hadisəsi baş verib. Yevlax şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkrem kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarət nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Əjdər Pirimov ov tüfəngindən özünü güllələyib.

Yevlax Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.