Zabrat qəsəbəsində boru partladı, ərazini su basdı - RTV

Sabunçu rayonunun Zabrat qəsəbəsində su borusunun partlaması ərazidə yaşayan sakinlərin həyat şəraitini çətinləşdirib.

RTV Xəzər kanalının məlumatına görə, görüntülərdə suyun küçəyə axdığı və ətraf ərazilərdə gölməçələr yaratdığı müşahidə edilir. Həmçinin, stansiya ərazisinə və dəmir yolu xətlərinin altına su dolduğu bildirilir.

Sakinlər problemin qısa müddətdə aradan qaldırılmasını və aidiyyatı qurumların tədbir görməsini tələb edirlər.