Zaqatala rayonunda Xocalı faciəsinin 34-cü ildönümü qeyd olunub. Rayon rəhbərliyi və ictimaiyyəti Zaqatala şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidə önünə gül dəstələri qoyub. Xocalı faciəsi qurbanlarının ruhlarına dualar oxunub. Onların xatirəsi bir daha ehtiramla anılıb. Zaqatala şəhərinin mərkəzində yerləşən Bayraq meydanındakı bayraq yarıyadək endirilib.