Zaqatalanı sel BASDI - RTV

Son zamanlarda yağan intensiv yağışlar Zaqatala rayonunda da sel və daşqınlara səbəb olub. Nəticədə bir neçə küçə və yaşayış məntəqələri su altında qalıb.

Tala çayından gələn güclü sel, bir sıra yaşayış binalarına, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan vurub. Selin ən böyük fəsadlarından biri isə Zaqatala şəhərində bir neçə poçt binasının uçması olub.

Dağ çaylarında suyun səviyyəsinin kəskin artması nəticəsində yaranan sel, ərazilərə ciddi ziyan yetirib.