Zərdab rayonunda dəhşətli hadisə baş verib. Rayonun Qoruqbağı kəndində ata idarə etdiyi ot bağlayan texnikanın altında öz 3 yaşlı qızını əzib öldürüb.
Hadisə zamanı körpə Məsmə Kərimli atasının idarə etdiyi texnikanın altında qalıb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq baş vermə səbəbi və ölümün səbəbi aparılan araşdırmalardan sonra müəyyənləşdiriləcək.