Zərdabda faciəvi hadisə: Ölən və yaralı var - RTV

Zərdab rayonunun Şahhüseynli kəndində nənə və nəvə dəm qazından zəhərlənib.

Məlumata görə, kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və onun nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərlənməyə məruz qalıblar.

Hadisə nəticəsində 94 yaşlı Güldəstə Ağalarova hadisə yerində dünyasını dəyişib. Nəvəsi Ramin Ağalarov isə xəstəxanaya çatdırılıb.