Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Sumqayıt şəhərindən SON 20 İLİN ən yüksək nəticəsi olaraq Beynəlxalq Fizika Olimpiadasında ilk dəfə gümüş medal qazanıb.
Bu uğurla Zeynəb Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk azərbaycanlı qız şagird kimi tarixə düşüb.
Kolumbiyanın Bukaramanga şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPHO 2026) Azərbaycan komandası son 20 ilin ən yüksək göstəricisinə imza atıb.