İyunun 6-da Bakı şəhəri Xəzər rayonu Şüvalan qəzasında dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışlar Fövqəladə Hallar Nazirliyinin Aviasiya hissəsinin helikopterinin dəstəyi ilə, xüsusi riskli xilasetmə və kiçik həcmli gəmilərin xilasetmə tədbirlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.