RTV telekanalının müxbiri Xanım Cavanşırqızı və operatorlar Mübariz Qədirli, Əli Cəfərov Masazır qəsəbəsində illərdir yığılıb qalan zibilliklə bağlı reportaj hazırlayıb. Abşeron rayonunun Masazır qəsəbəsində yol kənarında yığılan zibilliklər sakinlərin ciddi narazılığına səbəb olub.
RTV müxbiri Xanım Cavanşırqızı bildirib ki, qəsəbə sakinləri yol kənarında olan zibillikdən şikayətçidirlər. Onların sözlərinə görə, zibilliyin üfunətli qoxusu artıq evlərə qədər dolur. Hətta bura atılan qida artıqlarını və digər zibilləri otarmaq üçün mal-qara sahibləri öz heyvanlarını gətirirlər ki, bu da tamamilə antisanitar vəziyyət yaradır.
Məsələ ilə bağlı müsahibə verən bir sakin qeyd edib:
"Zibillik neçə vaxtdır artıq var burda? Çoxdur, yəni neçə ildir demək istəyirsiz yəqin. Burda bir çoxdur. Heç təmizlik işləri aparılmır? Yəni də. Bax, baxın, bir dənə bu vəziyyətə baxın zibil yeşiyinə. Yəni harda qırılıb gətirib atıblar bura. Mən bunları da qınamıram, onlar bunu necə ora boşaltsınlar. Onun üçün normal bir yeşik olmalıdır. Heç yeşik də bura çox azlıq edir. Görün nə qədər yaşayış var."
Sakin həmçinin heyvan qalıqları və digər tullantıların yığılmasında problem olduğunu vurğulayıb. Digər sakin isə əlavə edib:
"Yığışdırırlar, demirəm ki, yığışdırmırlar. Camaat özü tökür. Gətirib tökürlər camaat."
Ərazidə çəkiliş aparıldığı haqqında məlumat alan Abşeron Rayon İcra Hakimiyyəti işçilərini əraziyə cəlb edib və hazırda zibilliyin təmizlənməsi istiqamətində işlər aparılır.
Masazır Bələdiyyəsinin əməkdaşı Qiyas Muradov RTV-yə açıqlamasında bildirib:
"Vətəndaşların gətirib tökdükləri bir zibillərdir. Bura biraz daldalı olduğu üçün boşaldılır bura."
Muradov sakinlərin xəb