100 kiloluq qadının altında qalan kişi öldü - RTV

Portuqaliyada 59 yaşlı kişi, yaşadığı qadının çəkisi 100 kiloqramdan çox olduğu üçün yataq otağında qadının üzərinə yıxılması nəticəsində ölüb.

Hadisə Portonun Kampanya rayonundakı bir evdə baş verib. Qadın yataqdan qalxıb və yerə yıxılaraq yataqla divar arasına sıxılı qalıb.

Onun köməyə çağıran fəryadını eşidən qonşular qapını zorla açıblar və kişinin huşsuz vəziyyətdə olduğunu görüblər. Təcili tibbi yardım əməkdaşları uzun müddət reanimasiya tədbirləri aparsalar da, kişi hadisə yerində ölüb.

Yerli medianın məlumatına görə, onu qaldırmaq üçün beş nəfər lazım olub.

Portuqaliya polisi hadisəni araşdırdıqdan sonra cinayət hadisəsi deyil, boğulma səbəbindən baş vermiş təsadüfi ölüm kimi təsnif edib.