13 yaşlı şagird məktəbdə dəhşət saçdı - RTV

Braziliyanın şimal-qərbində yerləşən Akri ştatında bir məktəb silahlı hücuma məruz qalıb. RTV-nin məlumatına görə, bu hücum nəticəsində iki məktəb işçisi həlak olub.

Hadisə zamanı bir neçə şagird və əməkdaş da yaralanıb. Yaralıların dəqiq sayı hələlik məlum deyil.

Polis əməkdaşları atəş açan 13 yaşlı şəxsi saxlayıblar. Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis dəstələri cəlb edilib.

Məktəbdə dərslər cümə gününə qədər dayandırılıb.