15 İLƏDƏK HƏBSLƏ ÜZ-ÜZƏ - "Dato Ağcabədinski”yə cinayət işi açıldı - RTV

Kriminal aləmdə "Dato Ağcabədinski" ləqəbi ilə tanınan Cavid Məmmədov barəsində cinayət işi açılıb. O, cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda şübhəli bilinir. Bu barədə mayın 21-də məlumat yayılıb.

İstintaqın məlumatına görə, Cavid Məmmədov 2013-cü ildən etibarən Moskva regionundakı islah müəssisələrindəki proseslərə nəzarət edib. O, həmçinin "Obşak" adlandırılan ümumi cinayət fondunu idarə edib və xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş məşhur Vladimir Mərkəzi Həbsxanasında vəziyyətə nəzarət edirdi.

2016-cı ildə "Ağcabədinski"nin klanı ilə kriminal aləmdə tanınmış digər "qanuni oğru" Nadir Səlifov ("Lotu Quli") arasında münaqişə baş verib. Qarşıdurma bir neçə azərbaycanlı "qanuni oğru" arasında yaranan konflikt fonunda meydana gəlib.

2020-ci ildə "Lotu Quli" Türkiyədə restoranda güllələnərək öldürülüb. Cinayəti onun kriminal aləmdəki ən yaxın silahdaşlarından biri olan "Killer Xan Bakinski" törədib.

"Dato"nun Rusiyaya girişi qadağan edilib. Məlumata görə, cinayət işi üzrə kriminal avtoriteti 8 ildən 15 ilədək həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanları hazırda onun yerini müəyyən etməyə çalışırlar.