196 ölkədə axtarılan azərbaycanlı TUTULDU - RTV

Qızıl qaçaqmalçılığı cinayətinə görə İnterpol tərəfindən 196 ölkədə axtarışda olan, "Qızıl Adam" ləqəbli 38 yaşlı İnqilab Babayev İstanbulda saxlanılıb.

Müəyyən edilib ki, Babayev 2024-cü ildə İstanbul Hava Limanındakı qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olub. Həmin əməliyyat zamanı ümumilikdə 16 kiloqram qızıl ələ keçirilib.

Cinayətkar qrupun rəhbəri olan İnqilab Babayev polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib.