ABŞ İranın cənubunda, Hörmüz boğazına yaxın ərazidə yerləşən bir adaya hücum edib. Bu barədə Mehr agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın mərmiləri Hörmüz boğazına yaxınlığında yerləşən adadakı obyektə hədəf alıb.
Hadisə nəticəsində ölənlərin, yaralananların və ya dağıntıların olması barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik davam edir.
Pakistanın vasitəçiliyi ilə əldə olunan razılığa baxmayaraq, tərəflər qarşılıqlı hücumlarını davam etdirirlər.