Ukraynanın Odessa sahilləri yaxınlığında, yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Ogemaritime" şirkətinə məxsus "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Gəmidə olan heyət üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumatda qeyd olunur ki, gəmi kapitanı istisna olmaqla, heyətin digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Məlumatda qeyd olunur ki, gəmi kapitanının axtarışı istiqamətində axtarış istiqamətində tədbir görülür.
Azərbaycanın Ukraynadakı səfirliyi vəziyyətlə əlaqədar olaraq səfirlikdaxili aidiyyəti qurumlarla daim əlaqə saxlayır. Azərbaycan vətəndaşlarının zəruri konsulluq dəstəyi alması istiqamətində müvafiq tədbirlər görülür.