BƏƏ vuruldu: Ölənlər və yaralılar var - RTV

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə Əmirliyin mətbuat xidməti "X" sosial şəbəkəsində paylaşım edib. Hadisə nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Məlumatda həmçinin bildirilib ki, bir neçə avtomobilə də zərər dəyib.