Dəhşətli istilər gəlir - HƏYƏCAN TƏBİLİ - RTV

2025-ci ildə Avropa tarixində ən isti dövrlərdən birini yaşayıb. Bu barədə Dünya Meteorologiya Təşkilatı və Kopernik Proqramı məlumat yayıb.

Bildirilir ki, qitənin demək olar ki, bütün ərazilərində temperatur normadan yüksək olub və bəzi göstəricilər üzrə il rekord kimi qeydə alınıb. İstilər həm quruda, həm də dənizlərdə hiss olunub. Güclü istilik dalğaları, genişmiqyaslı meşə yanğınları, quraqlıqlar və buzlaqların sürətlə əriməsi qeydə alınıb.

Dəniz suyunun temperaturu artıq dördüncü ildir ki, rekord səviyyəyə çatır. Hesabatda 2025-ci ilin 1990-cı illərin əvvəlindən bəri ən quraq illərdən biri olacağı qeyd edilib. Alimlər 2026-cı ilin tarixdə ən isti illərdən biri ola biləcəyini bildiriblər. Qışın nisbətən soyuq keçməsinə baxmayaraq, temperatur sürətlə yüksəlir və mart ayı Avropada müşahidə tarixinin ən isti aylarından biri kimi qeydə alınıb.

Hesabatda həmçinin Avropada meşə yanğınlarının sahə və emissiya baxımından rekord səviyyəyə çatdığı, eləcə də buzlaqların ciddi şəkildə azaldığı vurğulanır. Məsələn, Qrenlandiya buz örtüyü 139 giqaton azalıb ki, bu da hər saat təxminən 100 Olimpiya