Dənizdə rekord həcmdə qızıl TAPILDI - RTV

Yaponiyada yerləşən sualtı vulkanik kraterdə indiyə qədər qeydə alınmış ən yüksək qızıl konsentrasiyası müəyyən edilib.

Alimlər kəşfin həm iqtisadi, həm də ekoloji baxımdan mühüm nəticələr doğura biləcəyini bildirirlər.

Tokio şəhərindən təxminən 350 kilometr cənubda, İzu adaları yaxınlığında yerləşən İkagaşima vulkanik kraterində rekord həcmdə qızıl ehtiyatı aşkar edilib.

Tədqiqatçılar müəyyən ediblər ki, qızıl hissəcikləri saxta qızıl kimi tanınan pirit mineralının daxilində atom və nano-partikül formasında yerləşir.

Bildirilir ki, bölgədə pirit yataqları hazırda dünyanın ən yüksək qızıl konsentrasiyasına malikdir.