Dronla vurulan gəminin kapitanı həlak oldu - RTV

Ukraynanın Odessa sahili yaxınlığında Türkiyənin "Atlas Bey" mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hadisə zamanı gəminin kapitanı Sənan Nəsirullayev həlak olub.

Gəmi, Rusiya-Ukrayna müharibəsi başlayan ilk günlərdə "Azov dənizi akvatoriyası"nda idi. Gəmidə 11 azərbaycanlı vətəndaş olub.

Azərbaycan Dənizçilərinin İctimai Birliyinin sədri İlham Nəsirov bildirib ki, gəminin kapitanı Sənan Nəsirullayevin həlak olması xəbərini alıblar. O, kapitanın vəzifə borcunu yerinə yetirərkən qətlə yetirildiyini qeyd edib.

Hücumdan sonra gəminin heyəti Odessa şəhərində sahilə çıxarılıb.