Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı SAXLANILDI - RTV

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı Zeynəb Cəvadlı və onun üç uşağının Dubay polisi tərəfindən saxlanıldığı iddia edilir.

Bu barədə onun Britaniyalı hüquq müdafiəçisi Devid Heiq məlumat verib. Heiq-in sözlərinə görə, Zeynəb Cəvadlı ilə son əlaqə iyunun 2-də baş tutub. Bundan sonra onunla bütün rabitə kəsilib və yaxınları da onunla əlaqə saxlaya bilməyiblər.

Heiq iddia edir ki, Dubay polisi gecə saatlarında onun evinə basqın edərək Zeynəb Cəvadlı və onun azyaşlı qızını aparıb. Hüquq müdafiəçisi bildirir ki, Zeynəb Cəvadlı 2019-cu ildə Dubay şahzadəsinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktum ilə boşanandan sonra müxtəlif təzyiqlərlə üzləşib.

Məsələ ilə bağlı Dubay polisi və Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun nümayəndələri hələlik açıqlama verməyiblər.