"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldü - RTV

Amerika Birləşmiş Ştatlarında dünyanın ən qoca göyərçini hesab edilən Şuqar 44 yaşında həyatını itirib. Bu barədə "OC" nəşri məlumat yayıb.

23 iyun 1981-ci ildə dünyaya gələn ağ rəngli quş ümumilikdə 44 il 72 gün ömür sürüb. Bu göstərici göyərçinlərin orta yaşama müddətindən təxminən iki dəfə çoxdur.

Şuqar qəfəsdə yaşayan ən uzunömürlü göyərçin statusu ilə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

Quşun sahibi, 77 yaşlı Duey Norender, onunla çox yaxın dost olduqlarını bildirib. Norender quşun 50 illik yubileyini təntənəli şəkildə qeyd etməyi ümid etsə də, rekordçu göyərçin Pasxa bayramı günündə tələf olub.